Kreml: Əbu-Dabidə Rusiya ilə Aİ nümayəndələri arasında heç bir təmas olmayıb

Kreml: Əbu-Dabidə Rusiya ilə Aİ nümayəndələri arasında heç bir təmas olmayıb

Tarix: 11 Nov 2026 14:23

Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə Avropa İttifaqı nümayəndələri arasında heç bir təmas olmayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, belə bir təmasın planlaşdırılmadığını da söyləyib.

Peskov vurğulayıb ki, BƏƏ-dəki Rusiya nümayəndə heyəti danışıqlardakı inkişaflar barədə prezidentə daim məlumat verir.

Kremlin rəsmisi əlavə edib ki, Əbu-Dabidəki danışıqlar dünən Novo-Oqaryovoda keçirilən Putin və Lukaşenko arasında görüş zamanı müzakirə olunub.

Fərid Əkbərov Avropa İttifaqı Kreml Rusiya Putin Ukrayna

Mənbə: apa.az

Xəbər Lenti