Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə indiyədək Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb

Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə indiyədək Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb

Tarix: 03 Jul 2026 11:32

Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə indiyədək təxminən 86 mlrd. kubmetr qaz Türkiyəyə ixrac olunub.

Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəəbər verir.

Məlumata görə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən 19 il ötür. Kəmər vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağından əldə olunan təbii qaz Türkiyə bazarına nəql olunur.

Operativ məlumatlara əsasən, fəaliyyətə başladığı tarixdən indiyədək qaz kəməri vasitəsilə təxminən 86 milyard kubmetr qaz Türkiyəyə ixrac olunub”, - məlumatda qeyd olunur.

Emil İsmayılov Bakı-Tbilisi-Ərzurum qaz kəməri qaz ixracı Türkiyə

Mənbə: apa.az

Xəbər Lenti