Cümə, 3 İyul, 2026
Tarix: 03 Jul 2026 17:08
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindinin məlumatında bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Yarıyev Murad Azad oğlu xilas edilib, 1 nəfərin isə meyiti (qadın cinsli) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Corat dəniz Xəzər nəzarətsiz ərazi
Mənbə: apa.az