Şənbə, 4 İyul, 2026
Tarix: 04 Jul 2026 08:46
Dünya birjalarında neft qiymətləri sutkalıq ticarətdə artım nümayiş etdirib. “APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçersləri 0,09 ABŞ dolları və ya 0,13% bahalaşaraq bir barel üçün 68,78 ABŞ dollarına yüksəlib. Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,32 ABŞ dolları və ya 0,45% artaraq 72,12 ABŞ dolları təşkil edib. Analitiklərə görə, neft qiymətlərində artım bazarda təkliflə bağlı narahatlıqların davam etməsi və investorların qlobal enerji bazarındakı riskləri qiymətləndirməsi fonunda müşahidə olunur.
Rahim TarıverdiyevMənbə: apa.az