Şənbə, 4 İyul, 2026
Tarix: 04 Jul 2026 12:29
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Xəstəxanaların birində baş verib.
Belə ki, xəstəxanaya MRT müayinə gələn 1958-ci il təvəllüdlü Z.Cəfərovanın qəfl halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum ölüb.
Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gəlibmiş.
Fuad NazimoğluMənbə: apa.az