Şənbə, 4 İyul, 2026
Tarix: 04 Jul 2026 16:26
Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisində yerləşən Xaçın su anbarında batan şəxslərin kimliyi məlum olub.
APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları – 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərli suda batıblar.
Faktla bağlı araşdırma aparılır.
***
15:48
Ağdamda bədbəxt hadisə baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xaçın su anbarında qeydə alınıb.
İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy
Mənbə: apa.az