Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Tarix: 04 Jul 2026 23:49

Zəngilanda bir nəfər suda boğulub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Həsənov Nüşrəvan Mehdi oğlu suda boğularaq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-axtarış qrupu cəlb edilib.

Həsənov Nüşrəvan Mehdi oğlunun meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

20:39

Zəngilanda bir nəfərin suda boğulduğu bildirilir.

APA-nın Qarabağ bürosunun əldə etdiyi ilkin məlumata görə, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, bir kişinin çayda boğulduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və dalğıc-axtarış qrupu cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy Zəngilan

Mənbə: apa.az

Xəbər Lenti