Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 06 Jul 2026 09:21
Dünya bazarlarında neft nisbətən ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçersləri 0,02 ABŞ dolları və ya 0,03% ucuzlaşaraq bir barel üçün 68,67 ABŞ dolları olub.
ICE London birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,17 ABŞ dolları və ya 0,24% azalaraq 71,95 ABŞ dollarına enib.
Analitiklər qeyd edirlər ki, neft qiymətlərindəki enişə bazar iştirakçılarının qlobal iqtisadi artımın tempi və enerji tələbinin perspektivləri ilə bağlı ehtiyatlı mövqeyi təsir göstərib.
Rahim Tarıverdiyev neft birja Brent WTI Hörmüz İran enerjiMənbə: apa.az