Bağ evini, mənzili, obyekti sığortalamağa dəyər, çünki zərəri PAŞA Sığorta ödəyir

Bağ evini, mənzili, obyekti sığortalamağa dəyər, çünki zərəri PAŞA Sığorta ödəyir

Tarix: 06 Jul 2026 16:35

Bağ evi və ya mənzil sahibi olmaq böyük sərmayədir. Amma bu sərmayəni qorumaq da ən az onun alınması qədər vacibdir. Son aylarda baş verən hadisələr göstərir ki, risklər biz gözlədiyimizdən çoxdur və böyük məbləğdə zərərə səbəb olur.

Məsələn, Masazırda baş verən yanğın nəticəsində bir yaşayış evinə 11 242 AZN məbləğində zərər dəyib. Digər hadisədə isə güclü leysan yağışları nəticəsində Ticarət Mərkəzində yerləşən ticarət obyektindəki daşınar əmlaka 27 169 AZN zərər dəyib. PAŞA Sığorta şirkəti hər iki müştərisinin zərərini tam qarşılayıb.

Göründüyü kimi, yanğın və təbii hadisələr təkcə evlərə/obyektə deyil, onların daxilindəki əmlaka da ciddi maliyyə itkisi yaradır. Yanğın, subasma, qasırğa və digər gözlənilməz hadisələrin qarşısını almaq həmişə mümkün olmur. Lakin onların yaratdığı maliyyə yükünü əvvəlcədən planlaşdırmaq mümkündür.

Əmlak sığortası hadisəni dayandırmır, amma dəyən zərərin ödənməsinə əsaslı kömək edir. Xüsusilə yay mövsümündə bağ evlərindən istifadənin artdığı bir dövrdə ev və əmlakın sığortalanması əlavə xərc deyil, düşünülmüş qərardır. Sığortanızı asanlıqla PAŞA Sığorta veb-saytında seçə bilərsiniz.

PAŞA Sığorta

Mənbə: apa.az

Xəbər Lenti