Cümə, 27 Mart, 2026
Tarix: 04 Dec 2023 13:43
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyaya səfər edəcək.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in mətbuat katibi Naser Kənani bildirib.
Abdullahian dekabrın 5-də Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşündə iştirak edəcək.
Digər təfərrüatlar açıqlanmır.