Çərşənbə axşamı, 7 İyul, 2026
Tarix: 07 Jul 2026 11:24
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deyns Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib.
APA xəbər verir ki, qonaq Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğulayıb.
Senator, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd edib.
Stiv Deyns Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev ABŞ Senatı senator Stiv DeynsMənbə: apa.az