Çərşənbə, 8 İyul, 2026
Tarix: 08 Jul 2026 08:05
Qlobal fond bazarlarında ticarət sessiyası son sutkada əsasən mənfi dinamika ilə başa çatıb. “APA-Economics” xəbər verir ki, ABŞ və Avropanın aparıcı indekslərinin əksəriyyəti eniş qeydə alıb, Asiya bazarlarında isə qarışıq tendensiya müşahidə olunub. ABŞ-da Dow Jones indeksi 0,25% azalaraq 52 925,15 bəndə, S&P 500 0,45% enərək 7 503,85 bəndə, Nasdaq Composite isə 1,16% geriləyərək 25 818,69 bəndə düşüb. Bununla yanaşı, Kanadanın S&P/TSX Composite indeksi 0,17% artaraq 35 272,59 bəndə yüksəlib. Avropa bazarlarında Euro Stoxx 50 indeksi 1,22%, Almaniyanın DAX indeksi 1,37%, Fransanın CAC 40 indeksi 0,51%, İspaniyanın IBEX 35 indeksi isə 0,22% azalıb. Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,13% artımla ticarəti başa vurub. Asiya-Sakit okean regionunda Yaponiyanın Nikkei 225 indeksi 0,36%, TOPIX indeksi 0,18%, Avstraliyanın S&P/ASX 200 indeksi 0,76%, MSCI AC Asia Pacific indeksi isə 1,58% geriləyib. Əvəzində Honq Konqun Hang Seng indeksi 2,36%, Çinin CSI 300 indeksi isə 0,61% yüksəlib. Analitiklər bildirirlər ki, bazar iştirakçıları əsasən texnologiya sektorundakı satışları, həmçinin Yaxın Şərqdə artan geosiyasi gərginliyin enerji qiymətləri və inflyasiya gözləntilərinə təsirini qiymətləndiriblər.
Rahim TarıverdiyevMənbə: apa.az