Çərşənbə, 8 İyul, 2026
Tarix: 08 Jul 2026 13:42
“Təəssüf ki, başqa ölkələrdəki hərbi münqaişələrdə iştirak edən Azərbaycan vətəndaşları da olur".
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadinlə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu, müxtəlif vədlər və yollarla həyata keçirilir: “Bir daha Azərbaycan vətəndalarına çağırış edirəm ki, bu, Azərbaycanda cinayət hesab olunur, qanunvericiliyin pozulmasıdır. Bu kimi hərəkətlər hətta Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər”.
Firuzə Vahid XİN Ceyhun Bayramov xaricdəki hərbi münaqişələr Azərbaycan vətəndaşlığından məhrum edilmə
Mənbə: apa.az