XİN başçısı: İordaniya Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişini dəstəkləyir

XİN başçısı: İordaniya Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişini dəstəkləyir

Tarix: 08 Jul 2026 13:35

İordaniya Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişini dəstəkləyir və Qarabağla Şərqi Zəngəzurda potensial investisiya layihələrini nəzərdən keçirməyə hazırdır.

APA xəbər verir ki, bunu İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında İordaniyanın Qarabağ və Şərqi Zəngəzura investisiya yatırmaq planları ilə bağlı sualı cavablandırarkən deyib.

Nazir bildirib ki, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişini dəstəkləyirlər: "Azərbaycan və İordaniya bir sıra sahələrdə əməkdaşlıq edəcək. Həmçinin investisiyalar qoyulacaq."

"Qarabağ və Şərqi Zəngəzurda da bütün potensial layihələrə baxmağa hazırıq. Layihələri nəzərdən keçiririk ki, hər iki ölkə bundan bəhrələnə bilsin”, – deyə Əymən Əs-Səfadi vurğulayıb.

Firuzə Vahid XİN başçısı İordaniya Azərbaycan Ermənistan paraflanmış sülh sazişini

Mənbə: apa.az

Xəbər Lenti