İordaniyanın XİN başçısı Ceyhun Bayramovu ölkəsinə səfərə dəvət edib

İordaniyanın XİN başçısı Ceyhun Bayramovu ölkəsinə səfərə dəvət edib

Tarix: 08 Jul 2026 13:25

İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu İordaniyaya səfərə dəvət edib.

APA xəbər verir ki, bunu Əymən Əs-Səfadi xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, II Abdullah Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyir.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti