Çərşənbə, 8 İyul, 2026
Tarix: 08 Jul 2026 16:20
Balakəndə 43 yaşlı kişini sel aparıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən rayonu Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Rzayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb.
Hazırda onun axtarışı davam etdirilir.
Vüqar Heydərov Balakən sel
Mənbə: apa.az