Çərşənbə, 8 İyul, 2026
Tarix: 08 Jul 2026 15:45
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.
APA-nın Moskva bürosu xəbər verir ki, görüşdə Rusiya parlament nümayəndə heyətinin 17-18 iyun tarixlərində Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi arasında Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclasında iştirak etmək üçün Bakıya səfərinin nəticələri və ikitərəfli gündəlikdəki cari məsələlər müzakirə olunub.
Çoxtərəfli parlament platformalarında qarşılıqlı əlaqələr barədə fikir mübadiləsi aparılıb.
Səfirlik ilə Rusiya Federasiya Şurasının müvafiq komitələri arasında konstruktiv və faydalı əlaqələrin davam etdirilməsinə sadiqlik təsdiqlənib.
Fərid Əkbərov Rusiya Rəhman Mustafayev Andrey YatskinMənbə: apa.az