Çərşənbə, 8 İyul, 2026
Tarix: 08 Jul 2026 17:20
NATO gələn il Ukraynaya azı 70 milyard avro dəyərində hərbi yardım göstərəcək.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu NATO-nun Baş katibi Mark Rutte Alyans liderlərinin sammitinin bağlanış mərasimində bildirib.
Rutte deyib ki, müttəfiq ölkələr gələn il Ukraynaya ən azı 70 milyard avro dəyərində hərbi texnika, yardım və təlim dəstəyi göstərməyi öhdələrinə götürüblər.
O qeyd edib ki, NATO Ukraynaya dəstəyini davam etdirəcək, eyni zamanda sülhün əldə olunması istiqamətində səylərini də sürdürəcək.
"NATO sülhün əldə olunması istiqamətində səylərini davam etdirir. Ukrayna döyüş meydanında təşəbbüsü öz əlinə aldıqca, bizim dəstəyimiz də davam etməlidir", – deyə Baş katib vurğulayıb.
Dəryanur Cəfərova NATO Ukrayna hərbi yardımMənbə: apa.az