Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib - VİDEO

Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib - VİDEO

Tarix: 09 Jul 2026 18:20

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zaqatala rayonu, Yuxarı Tala kəndi yaxınlığında vətəndaşların Katex çayına sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 5 vətəndaş xilas edilib.

Zaqatala Katex çayı məlumat video xilasetmə

Mənbə: apa.az

Xəbər Lenti