Cümə, 10 İyul, 2026
Tarix: 10 Jul 2026 10:44
İsmayıllıda avtomobil ayını vuraraq öldürüb.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə ötən gecə Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunda, Basqal qəsəbəsi ərazisində qeydə alınıb.
Turizm şirkətinə məxsus avtomobil hərəkətdə olan zaman yola çıxan ayını vurub. Ayı ölüb, avtomobilə ciddi ziyan dəyib.
İlham Əhmədov İsmayıllı Basqal qəza yol ayı
Mənbə: apa.az