Cümə, 10 İyul, 2026
Tarix: 10 Jul 2026 18:54
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində Goranboy sakinləri - 2002-ci il təvəllüdlü Ş.Xəlilova, 2020-ci il təvəllüdlü E.Xəlilova və 2023-cü il təvəllüdlü A.Xəlilova xəsarət alaraq xəstəxanaya çatdırılıblar.
Onlara tibbi yardım edildikdən sonra evə buraxılıblar.
Fuad Nazimoğlu Goranboy yol qəzası

Mənbə: apa.az