Cümə, 10 İyul, 2026
Tarix: 10 Jul 2026 20:50
Biləsuvarda kişi bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Telman Adıgözəl oğlu Ağayev ehtiyatsızlıqdan qrunt suları üçün nəzərdə tutulan su kollektoruna düşüb. O, kollektorda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev kollektor BiləsuvarMənbə: apa.az