Saatlıda yol qəzasında motosiklet sürücüsü ölüb

Saatlıda yol qəzasında motosiklet sürücüsü ölüb

Tarix: 11 Jul 2026 11:14

Saatlıda yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Minbaşılı kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Rəşmin Əhədovun idarə etdiyi motosiklet "VAZ 2106" markalı avtomobillə toquşub. Xəsarət alan motosiklet sürücüsü ölüb. Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı Saatllı yol qəzası motosiklet

Mənbə: apa.az

Xəbər Lenti