Şənbə, 11 İyul, 2026
Tarix: 11 Jul 2026 12:07
Sabirabad rayonunun Yolçubəyli kəndində məktəbdə yanğın baş verib.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Selcan Zaurqızı Fövqəladə Hallar Nazirliyi FHN yanğın məktəb SabirabadMənbə: apa.az