Burkina-Faso rəsmisi: BTQ ilə imzalanan memorandum uzunmüddətli əməkdaşlığın başlanğıcı olacaq

Burkina-Faso rəsmisi: BTQ ilə imzalanan memorandum uzunmüddətli əməkdaşlığın başlanğıcı olacaq

Tarix: 11 Jul 2026 13:15

Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Fasonun Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında imzalanan Anlaşma Memorandumu iki qurum arasında uzunmüddətli əməkdaşlığın başlanğıcı olacaq.

APA xəbər verir ki, bunu Burkina-Fasonun Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunun (INHEI) baş direktoru Filip Sandvidi brifinqdə bildirib.

O qeyd edib ki, imzalanan Anlaşma Memorandumu BTQ ilə əməkdaşlığın əsasını qoyur.

"Hazırda əməkdaşlıq çərçivəsində diplomatik təlim və akademik sahədə birgə fəaliyyət nəzərdə tutulur. Gələcəkdə isə əməkdaşlığımızı digər istiqamətlər üzrə də genişləndirməyi planlaşdırırıq", – deyə Filip Sandvidi vurğulayıb.

Gülcahan İmanqızı Burkina-Faso BTQ memorandum

Mənbə: apa.az

Xəbər Lenti