Şənbə, 11 İyul, 2026
Tarix: 11 Jul 2026 13:10
Bakı Təşəbbüs Qrupu ilə Burkina-Fasonun Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında imzalanan Anlaşma Memorandumu BTQ-nin tarixində xarici dövlət qurumu ilə bağlanan ilk əməkdaşlıq sənədi olub.
APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov brifinqdə bildirib.
O qeyd edib ki, Burkina-Fasonun Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu ilə imzalanan Anlaşma Memorandumu BTQ üçün yeni mərhələnin başlanğıcıdır:
“Memorandum çərçivəsində birgə elmi tədqiqatların aparılması, hesabatların hazırlanması, təlimlərin təşkili və dekolonizasiya sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur”, deyə o bildirib.
Gülcahan İmanqızı BTQ Burkina-Faso araşdırmalar institutu memorandum
Mənbə: apa.az