Bazar ertəsi, 13 İyul, 2026
Tarix: 13 Jul 2026 10:03
Avropa Komissiyası ilə münasibətlərdən çox razıyıq.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Avropa Komissiyası ilə münasibətlərdən çox razıyıq. Hesab edirəm ki, son aylarda Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərlərinin intensivliyi də misilsiz xarakter daşıyır. Belə ki, mart ayından iyul ayına qədər Avropa Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Azərbaycana səfər ediblər. Bütün bu səfərlər çox uğurlu keçdi, məhsuldar nəticələr verdi və təkcə ikitərəfli münasibətlər deyil, həm də qlobal gündəmdə baş verən proseslərlə bağlı geniş və ətraflı müzakirələr aparıldı”, - deyə dövlət başçısı qeyd edib.
Mənbə: apa.az