Bazar ertəsi, 13 İyul, 2026
Tarix: 13 Jul 2026 16:33
Bu gün Baş nazir Əli Əsədov Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.
Bu barədə APA-ya Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının növbəti məzun buraxılışının əhəmiyyəti vurğulanıb.
Yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında mühüm rol oynayan filial Azərbaycan-Rusiya əməkdaşlığının uğurlu nümunələrindən biri kimi dəyərləndirilib.
Görüş zamanı Azərbaycan ilə Rusiya arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Səhiyyə naziri Teymur Musayev, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko və universitetin Bakı filialının rektoru Əziz Əliyev görüşdə iştirak ediblər.
Firuzə Vahid Əli Əsədov Rusiyanın səhiyyə naziri Mixail MuraşkoMənbə: apa.az