Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 14 Jul 2026 12:02
Azərbaycan AQEM-ə sədrliyi dövründə təşkilatın transformasiya prosesinə uğurla rəhbərlik edib və onun davamlı inkişafına mühüm töhfələr verib". APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibinin müavini Zhang Ling IV Şuşa Qlobal Media Forumunda bildirib. Zhang Ling qurumun regiondakı rolunun gücləndirilməsinə yönəlmiş innovativ yanaşmasına görə Azərbaycana təşəkkür edib. "Azərbaycan AQEM-ə sədrliyi dövründə təşkilatın transformasiya prosesinə uğurla rəhbərlik edib və onun davamlı inkişafına mühüm töhfələr verib. AQEM-in regiondakı rolunun gücləndirilməsinə yönəlmiş innovativ yanaşmasına görə Azərbaycana minnətdarıq. Azərbaycanın sədrliyi dövründə əldə olunan nailiyyətlər oktyabrın 15-də Bakıda keçiriləcək AQEM-in 7-ci Zirvə Toplantısında yekun qiymətləndiriləcək. İnanırıq ki, bu sammit təşkilatın inkişafında yeni mərhələ olacaq və üzv dövlətlər arasında əməkdaşlığı daha da gücləndirəcək”, – Zhang Ling vurğulayıb.
Gülcahan İmanqızıMənbə: apa.az