Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 14 Jul 2026 17:54
Bu ilin birinci yarımilində “AFB Bank” ASC 237,09 min manat xalis mənfəət əldə edib.
"APA-Economics" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə “AFB Bank”ın gəlirləri 91,7% artaraq 29,5 milyon manat, xərcləri 99,5% artaraq 28,6 milyon manat olub.
Bu il iyulun 1-nə “AFB Bank”ın aktivləri 536,9 milyon manat olub ki, bu da illik müqayisədə 72,2% çoxdur. Bankın kredit portfeli 94,4% artaraq 394,4 milyon manata çatıb. Ötən ilin müvafiq dövründə bu rəqəm 202,9 milyon manat olub.
Həmin dövrə “AFB Bank”ın öhdəlikləri isə 95,2 faiz artaraq 461,4 milyon manata çatıb.
İlahə Səlimova maliyyə göstəriciləri hesabat mənfəət zərər gəlirlər xərclər AFB bankMənbə: apa.az