Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 00:08
Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Macarıstanın yeni təyin olunmuş dövlət katibinin müavini Qabor Ferens Naqi ilə görüşüb. APA xəbər verir ki, Tahir Tağızadə bu barədə “X” hesabında paylaşım edib. Görüş zamanı Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlər, strateji tərəfdaşlıq və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: apa.az