Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 11:38
İsveçin Azərbaycana təyin olunmuş yeni səfiri Louise Morsing avqust ayında fəaliyyətə başlayacaq.
APA bu barədə İsveç Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Diplomat hazırda İsveçin Ankaradakı səfirliyində müşavir kimi fəaliyyət göstərir.
O, bundan əvvəl Kiyevdəki səfirlikdə və Sankt-Peterburqdakı Baş Konsulluqda çalışıb.
Qeyd edək ki, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzsonun səlahiyyət müddəti başa çatıb.
Toğrul Quluzadə İsveç səfir AzərbaycanMənbə: apa.az