Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 11:34
Slovakiya şirkətlərinin beynəlxalq bazarlarda fəaliyyətini genişləndirməsinə dəstək vermək və onları xaricdə etibarlı tərəfdaşlarla əlaqələndirmək bizim əsas missiyalarımızdandır. Bugünkü kimi biznes forumları bu məqsədə nail olmaq üçün ən effektiv vasitələrdən biridir.
"APA-Economics" xəbər verir ki, bu barədə Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı Agentliyinin (SARİO) Xarici Ticarət Departamentinin rəhbəri Daniel Ondrus Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu missiya kənd təsərrüfatı və qida emalı, maşınqayırma, müdafiə sənayesi, su təsərrüfatı, infrastruktur, energetika, dağ-mədən sənayesi, eləcə də informasiya və kommunikasiya texnologiyaları daxil olmaqla geniş sahələri təmsil edən Slovakiya şirkətlərinin güclü nümayəndə heyətini bir araya gətirib:
"Onlar Bakıya Azərbaycan bazarını öyrənmək, öz təcrübələrini bölüşmək və uzunmüddətli biznes tərəfdaşlıqları qurmaq üçün səmimi maraqla gəliblər. Bu, son üç il ərzində SARIO tərəfindən Azərbaycana təşkil olunan artıq dördüncü biznes missiyasıdır. Biz bunu Slovakiya şirkətlərinin Azərbaycana artan marağının və ölkələrimiz arasında iqtisadi əlaqələrin davamlı şəkildə möhkəmlənməsinin aydın göstəricisi hesab edirik".
İlahə Səlimova Azərbaycan Slovakiya iqtisadi-ticarət əməkdaşlığıMənbə: apa.az