Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 11:20
Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 15-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
APA xəbər verir ki, Slovakiya Prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub.
Prezident Peter Pelleqrini, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.
Mənbə: apa.az