Naxçıvandakı konsulluqda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd edilib

Naxçıvandakı konsulluqda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd edilib

Tarix: 15 Jul 2026 11:51

Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Gününün 10-cu ildönümü ilə bağlı tədbir keçirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə əvvəlcə 2020-ci ildə 44 günlük Vətən müharibəsində və qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdə dövlət və hökümət nümayəndələri iştirak ediblər.

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya çıxışında vurğulayıb ki, 2016-cı il iyulun 15-də baş verən hadisə zaman Türkiyə 251 şəhid verib: “Dövlət çevrilişi cəhdindən artıq 10 il ötür. Türkiyənin dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün hakimiyyət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb”.

Asip Kaya qeyd edib ki, Azərbaycan hadisənin baş verdiyi andan qardaş Türkiyənin yanında olub, öz dəstəyini əsirgəməyib. 15 iyulda Azərbaycanın göstərdiyi dəstək iki ölkənin bir-birinə qardaşlığının nümunəsidir.

Tədbirdə 15 iyul hadisələrini əks etdirən videoçarxlar nümayiş olunub.

Tədbirdə çıxış edənlər Türkiyə dövlətinin 10 il öncə üzləşdiyi hadisə barədə danışıb, keçirilən bu tədbirin əsas məqsədinin dövlət çevrilişinin necə baş verdiyini dərindən öyrənmək, səbəbkarların əmələrini ortaya çıxararaq gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdan ibarətdir olduğunu qeyd ediblər.

Sonda 15 iyul hadisələri ilə bağlı təşkil olunan fotolara baxış olub.

Ceyhun Məmmədov Naxçıvan konsulluq Türkiyənin Demokratiya və Milli Birlik Günü
Naxçıvandakı konsulluqda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd edilib
Naxçıvandakı konsulluqda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd edilib
Naxçıvandakı konsulluqda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd edilib
Naxçıvandakı konsulluqda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd edilib
Naxçıvandakı konsulluqda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd edilib
Naxçıvandakı konsulluqda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd edilib
Naxçıvandakı konsulluqda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd edilib

Mənbə: apa.az

Xəbər Lenti