Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 14:45
Körfəzdəki vəziyyət deqradasiya mərhələsinə daxil olub, indi amerikalıların Ukrayna nizamlanması ilə məşğul olmağa vaxtı yoxdur.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
“Biz görürük ki, indi amerikalılar başqa işlərlə məşğuldur. Təəssüflər olsun ki, hazırda Farsa körfəzindəki vəziyyət sabitlikdən çox uzaqdır, əksinə, yenidən deqradasiya fazasına keçib. Bu vəziyyət qlobal narahatlıq doğurmaya bilməz. Ona görə də, əlbəttə ki, amerikalıların Ukrayna nizamlanması ilə məşğul olmağa vaxtı yoxdur. Amma biz ABŞ-dan onların öz problemlərindən azad olduqdan sonra Ukraynada vasitəçilik səylərini davam etdirməyə davam etməyə hazır olduqları barədə siqnallar alırıq”, - Kremlin sözçüsü vurğulayıb.
Fərid ƏkbərovMənbə: apa.az