Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 14:30
Çexiyanın paytaxtı Praqa yaxınlığında iki sərnişin avtobusu toqquşub, nəticədə 17 nəfər xəsarət alıb.
ČTK informasiya agentliyinin xəbərinə görə, qəza səhər saatlarında baş verib.
Yaralananlardan birinin vəziyyəti orta ağırdır, o, təcili tibbi yardım helikopteri ilə Praqadakı xəstəxanalardan birinə çatdırılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
İlqar Xudiyev Çexiyada avtobusların toqquşmasıMənbə: apa.az