Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 14:27
Kreml Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalarla bağlı açıqlamalarını "qeydə alır və təhlil edir".
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.
"Sanksiyalar məsələsinə gəldikdə, biz həm işgüzar səviyyədə, həm də ABŞ prezidenti səviyyəsində bu sanksiyalarla bağlı verilən açıqlamaları diqqətlə dinləyir, qeyd edir və təhlil edirik. Hadisələrin necə inkişaf etməsindən asılı olaraq prosesi izləyəcəyik", - Kremlin sözçüsü deyib.
Qeyd edək ki, mediada bir qrup senatorun Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etdiyi və respublikaçı senator Lindsi Qremin sağlığında bu qanun layihəsinin hazırlanmasına kömək etdiyi barədə məlumat yayılıb. ABŞ prezidenti Donald Trampın da qanun layihəsini dəstəkləməyə hazır olduğu bildirilib.
Fərid Əkbərov Kreml Rusiya Tramp Rusiyaya qarşı yeni sanksiyalarMənbə: apa.az