Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 14:11
Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Sumı şəhərinə altı idarəolunan aviasiya bombası ilə zərbə endirib.
APA xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində 3 nəfər ölüb, 17 nəfər isə yaralanıb.
Qriqorov bildirib ki, zərərçəkənlərin sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir və gün ərzində dəyişə bilər.
İlqar Xudiyev Sumı Ukrayna RusiyaMənbə: apa.az