Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 15:40
Bu ilin yanvar-iyun aylarında Azərbaycan İtaliyaya 3 495 238,67 min ABŞ dolları dəyərində 5 915 025,73 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (dəyərinə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 497 377,57 min dollar dəyərində 705 791,25 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda (dəyərinə görə) üçüncü yerə Bolqarıstan tutur. Yanvar-iyun aylarında bu ölkəyə 253 113,5 min dollar 358 842,99 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 6 231 422,24 min dollarlıq 10 125 467,17 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın bu ilin yanvar-iyun aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə görə) təqdim edir:
№
Ölkələr
Statistik dəyər (min ABŞ dolları)
Miqdar (ton)
-
Cəmi
6 231 422.24
10 125 467.17
1
İtaliya
3 495 238.67
5 915 025.73
2
Çexiya
497 377.57
705 791.25
3
Bolqarıstan
253 113.50
358 842.99
4
Rumıniya
247 844.98
461 317.25
5
Hindistan
247 366.97
320 497.27
6
Portuqaliya
221 958.01
395 031.62
7
Almaniya
210 855.82
360 299.00
8
Tunis
187 605.08
307 167.03
9
Yunanıstan
182 764.51
284 374.74
10
Xorvatiya
162 720.43
276 342.95
11
Digərləri
524 576.70
740 777.35
Emil İsmayılov Dövlət Gömrük Komitəsi neftin ixracı İtaliya Çexiya Bolqarıstan
Mənbə: apa.az