Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 15:01
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 661.35 milyon ABŞ dolları təşkil edib.
"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 1,07% artıb.
Bu dövr üzrə ixracın həcmi 16 milyard 320.24 milyon dollar, idxalın həcmi isə 8 milyard 341.11 milyon dollara bərabər olub.
Hesabat dövründə xarici ticarətin müsbət saldosu isə 7 milyard 979.13 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
İlahə Səlimova xarici ticarət müsbət saldo ixrac idxalMənbə: apa.az