Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 15:59
ABŞ İrana qarşı yeni zərbə dalğasının başa çatdığını açıqlayıb.
APA xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, 90 dəqiqə çəkən əməliyyatda İranın Böyük Tonb adasında yerləşən kruz raket anbarları, raket buraxılışı məntəqələri və müdafiə sistemləri dəqiqliklə hədəfə alınıb.
“Zərbələr İranın Hörmüz boğazında ticarət gəmilərini hədəfə almaq qabiliyyətini daha da çox zəiflətdi”, - CENTCOM-dan bildirilib.
***
14:36
ABŞ İrana qarşı yeni zərbə dalğasına başlayıb.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumatda bildirilib ki, zərbələrin məqsədi İranın Hörmüz boğazında ticarət gəmilərini hədəfə almaq qabiliyyətini daha çox zəiflətməkdir.
Toğrul Quluzadə ABŞ Mərkəzi komandanlığı Hörmüz boğazı CENTCOMMənbə: apa.az