Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 15:49
ABŞ Dövlət Departamentinin dəstəyi ilə yaradılmış TRIPP+ (Trade Route for International Peace and Prosperity Plus) Fondunun rəhbəri vəzifəsinə Rusiya əsilli amerikalı investor Konstantin Sokolov təyin edilib.
APA xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, Çikaqoda yaşayan 50 yaşlı Sokolov Rusiyada anadan olub və təhsil alıb, daha sonra ABŞ-a köçüb. O, 20 ildən artıqdır investisiya sahəsində fəaliyyət göstərir.
Konstantin Sokolov Çikaqoda yerləşən IJS Investments investisiya şirkətinin təsisçisidir. O, həmçinin Ermənistanın telekommunikasiya şirkəti Viva-nın səhmdarı, Northern Pillar Energy konsorsiumunun üzvü və Pelagos Data Centres şirkətinin direktorlar şurasının sədridir.
Nəşrin məlumatına görə, ABŞ Dövlət Departamenti Sokolovun təyinatını təsdiqləyib.
Qeyd edək ki, TRIPP+ Fondu Cənubi Qafqaz və Mərkəzi Asiyada nəqliyyat, enerji infrastrukturu, rəqəmsal texnologiyalar və kritik minerallar sahələrində özəl sektor layihələrini maliyyələşdirmək məqsədilə yaradılıb. Fond Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda kredit, qrant və investisiya alətləri vasitəsilə fəaliyyət göstərəcək.
İlqar Xudiyev TRIPP+ ABŞ Ermənistan SokolovMənbə: apa.az