Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 21:22
Almaniya kansleri Fridrix Merz ABŞ-ı ölkəsində keçiriləcək seçkilərə müdaxilə etməməyə və hər hansı siyasi qüvvəni dəstəkləməməyə çağırıb.
APA xəbər verir ki, bu barədə o, Berlində keçirdiyi mətbuat konfransında bildirib.
Merz vurğulayıb ki, Almaniya heç vaxt ABŞ-dakı seçkilərə müdaxilə etməyib və eyni yanaşmanı Vaşinqtondan da gözləyir.
“Biz heç vaxt Amerika seçkilərinə qarışmamışıq. Mən də istəməzdim ki, ABŞ hökuməti və ya ona yaxın qurumlar Almaniyadakı seçkilərə müdaxilə etsinlər”, – deyə kansler bildirib.
O əlavə edib ki, Almaniyada siyasi partiyaların xaricdən maliyyələşdirilməsi qanunla qadağandır və ölkənin dostlarının da bu hüquqi normalara əməl edəcəyinə ümid edir.
Almaniya Fridrix Merz ABŞ
Mənbə: apa.az