- , 22 Dekabr, 2024
Tarix: 04.12.2023 21:57
ABŞ-nin “Time” jurnalı Rusiya Prezidenti Vladimir Putini “İlin adamı” adına namizədlərin siyahısına daxil edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Time” Putinin 2023-cü ildə Vaqner üsyanı ilə üzləşdiyini, lakin sonda mövqeyini gücləndirdiyini bildirib.
Bundan başqa, jurnala görə “İlin adamı” adı uğrunda Çin Xalq Respublikasının rəhbəri Si Cinpin, Böyük Britaniya kralı III Çarlz, ABŞ-nin keçmiş prezidenti Donald Tramp və müğənni Taylor Svift mübarizə aparır.
Qeyd edək ki, bu nəşr 2007-ci ildə də Rusiya liderini “İlin adamı” adına layiq görüb.