Qazaxda 63 yaşlı kişi Kür çayında batıb

Qazaxda 63 yaşlı kişi Kür çayında batıb

Tarix: 22 Nov 2026 22:18

Qazax sakini Kür çayında batıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Birinci Şıxlı kənd sakini 1963-cü il təvəllüdlü Y. Məmmədov kür çayında batıb.

Dərhal hadisə yerinə FHN Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axarış qrupunun xilasediciləri cəlb edilib.

Hazırda axtarışlar davam etdirilir və əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu Qazax Kür

Mənbə: apa.az

Xəbər Lenti