Yəmənin paytaxtına hava zərbəsi endirilib, yaralılar var

Yəmənin paytaxtına hava zərbəsi endirilib, yaralılar var

Tarix: 22 Nov 2026 16:18

Yəmənin paytaxtı Sənada yanacaq obyektinə endirilən hava zərbəsi nəticəsində 6 nəfər yaralanıb.

APA “Associated Press” agentliyinə istinadən xəbər verir ki, hücum dövlət neft şirkətinə məxsus obyektə qarşı həyata keçirilib.

Husilərin nəzarətində olan Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, hava zərbəsi nəticəsində 6 işçi xəsarət alıb, şirkətin binasına ziyan dəyib.

Hücumu hansı tərəfin həyata keçirdiyi hələlik məlum deyil.

Yəmən Səna hava zərbəsi hücum yaralılar husilər neft şirkəti AP News

Mənbə: apa.az

Xəbər Lenti