NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında müşahidə edilib

NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında müşahidə edilib

Tarix: 22 Nov 2026 14:02

NATO-ya məxsus kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçuş həyata keçirib.

APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə TASS aviadispetçer xidmətindəki mənbəyə istinadən xəbər yayıb.

Bildirilib ki, təyyarə Rumıniyada yerləşən hərbi bazadan havaya qalxıb.

Mənbənin sözlərinə görə, əvvəllər NATO-nun bu cür uçuşları bazar günləri nadir hallarda müşahidə olunurdusa, son vaxtlar demək olar ki, hər bazar günü qeydə alınır.

Təyyarənin Kalininqrad vilayətinin hava məkanına daxil olub-olmadığı barədə məlumat verilməyib.

Fərid Əkbərov NATO Kalininqrad Rusiya Rumıniya kəşfiyyat təyyarəsi hərbi aviasiya hava məkanı

Mənbə: apa.az

Xəbər Lenti