Bazar, 22 Noyabr, 2026
Tarix: 22 Nov 2026 12:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Aunu milli bayram münasibətilə təbrik edib.
APA xəbər verir ki, təbrikdə deyilir:
"Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram".
İlham Əliyev Azərbaycan Prezidenti Jozef Aun Livan Prezidenti Livan Müstəqillik Günü təbrik məktubu Azərbaycan-Livan münasibətləri diplomatik əlaqələrMənbə: apa.az