Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb

Tarix: 22 Nov 2026 13:06

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” və “Ford Transit” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 16 yaşlı G.Məmmədova və 14 yaşlı Ə.Məmmədov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu Gəncə yol-nəqliyyat hadisəsi avtomobil qəzası Mercedes Ford Transit xəsarət alanlar yeniyetmələr Üzeyir Hacıbəyli küçəsi

Mənbə: apa.az

Xəbər Lenti